Bu pensiyaçılara sevindirici xəbər - Əlavə pul verilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Bu pensiyaçılara sevindirici xəbər - Əlavə pul verilə bilər

Sosial

15 Mart 2024 18:27 20433


“Minimum həddə əmək pensiyası alan pensiyaçılara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinət verilsin”.

Yenisabah.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin 15 mart tarixli iclasında deputat Musa Quliyev seçicilərin qaldırdığı bəzi təklifləri səsləndirərkən deyib.

O təklif edib ki, şəhid övladlarının təhsil güzəştinə tətbiq edilən yaş məhdudiyyəti götürülsün. pizza mizza

Həmçinin deputat təklif edib ki, Bakı-Gəncə-Ağstafa sürət qatarından qərb bölgəsinin əhalisinin daha səmərəli istifadəsini təmin etmək üçün biri Bakıdan və digəri Ağstafadan səhər çıxmaq və axşam geri qayıtmaq şərti ilə bu xəttə hər gün 2 qatar buraxılsın.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!