“Bu postlar nəzarətə götürülüb” – Şoyqudan Qarabağ açıqlaması 

saytların hazırlanması

Evə çatdırılma

“Bu postlar nəzarətə götürülüb” – Şoyqudan Qarabağ açıqlaması 

Siyasət

21 Noyabr 2020 18:08 4062


“Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi Bəyanat qəbul ediləndən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var”.

“Yeni Sabah” xəbər verir ki, bunu Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib. O, bildirib ki, təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb: “Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir.

Bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!