Bu qadının qohumları axtarılır - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bu qadının qohumları axtarılır - Foto

Sosial

03 Aprel 2019 16:19 786


Sığınacağa yerləşdirilən 53 yaşlı qadının qohumları axtarılır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb.

O bildirib ki, sığınacağa yerləşdirilən qadın küçədə polislər tərəfindən tapılıb. Belə ki, Gəncə şəhəri Kəpəz rayonu, V.Xuluflu küçəsində qeydiyyatda olan 22.03.1966-cı il təvəllüdlü Əkbərova Mətanət Hüseyn qızı 26.03.2019-cu il tarixində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən kimsəsiz və küçədə qalması səbəbi ilə Azərbaycan Uşaqlar Birliyinin Sığınacağına yerləşdirilib. Marqarita pizza

Hazırda Əkbərova Mətanət Hüseyn qızının qohumları və yaxınları ilə bağlı axtarış aparılır.

Vətəndaşla bağlı 01.04.2019-cu il tarixində Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə rəsmi məktubla müraciət edilib.

Şəxsi tanıyan və ya məlumatı olanlardan Azərbaycan Uşaqlar Birliyinin +994554660806 nömrələrinə zəng etmələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!