Sabunçu rayonu Bakixanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Yeni Sabah"a verilən məlumata görə, bu yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq hazırda yol boyu təmir-tikinti işləri aparılır.
Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılır, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülür, bunun üçün yol kənarında olan səki daşları sökülür, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılır. Əks-dolğu işlərinin aparıldığı ərazilər isə hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınır. Marqarita pizza
Tikinti norma və standartlarına uyğun olaraq təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.
Telegram kanalımız