Bu qidalar ağciyərləri təmizləyir

saytların hazırlanması

Evə çatdırılma

Bu qidalar ağciyərləri təmizləyir

Sağlamlıq

17 Yanvar 2021 10:32 941


Çirkli hava, zərərli vərdişlər, qaydasız qidalanma prosesi bir çox orqana, xüsusi ilə də də ağciyərə zərər verir. Lakin pəhriz yeməkləri və idmanla ağciyərləri əvvəlki sağlamlığına qaytarmaq olar.

Yenisabah.az bildirir ki, ağciyəri bir çox xəstəliyə, o cümlədən koronavirusa qarşı da gücləndirmək lazımdır. Bəs güclü və sağlam ağciyər üçün hansı qidaları istehlak etməliyik?

Axşam.az-a istinadla ağciyəri təmizləyən və qoruyan qidaları təqdim edirik: Marqarita pizza

1.Zəncəfil

İltihab əleyhinə olan bu ədviyyat növü tənəffüs sistemindəki toksinlərin çıxarılmasına və ağciyərlərin təmizlənməsinə kömək edir.

2.Sarımsaq

Təbii bir antibiotik olan sarımsaq, ağciyərlərin davamlı fəlaiyyətini təmin edir və ağciyər xərçənginə qarşı qoruyucu təsir yaradır.

3.Kəklikotu

Tərkibindəki efir yağları nəfəs tıxanıqlığını aradan qaldırır. Öskürək və yuxarı tənəffüs yolu infeksiyalarının qarşısını alır. Antibakterial xüsusiyyətləri sayəsində bakteria artımının qarşısını alır.

4.Qara kök

Öskürək üçün daha faydalıdır. Tərkibindəki vitamin və minerallar sayəsində güclü antioksidantlara sahibdir. Ağciyər xərçənginin yaranmasının qarşısnı alır.

5.Üzüm tumları

Tərkibndə “resveratrol” adlı kimyəvi birləşmə ağciyəri qoruyur. Xüsusilə ağciyər xərçənginə qarşı daha təsirlidir. Üzüm tumlarının çeynənilərək qəbul edilməsi tövsiyyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!