"COVİD-19-a qarşı peyvəndlə bağlı sınaqlar yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq".
Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, artıq dünyada 3-4 ölkə COVİD-19-a qarşı peyvəndlə bağlı 3-cü klinik sınaqlar mərhələsindədir. Bu sınaqlar effektiv qiymətləndirilir: pizza
“Sadəcə olaraq, müəyyən vaxt tələb olunur ki, bu peyvəndlərin effektivliyi və təhlükəsizliyi qiymətləndirilsin. Biz bu qış bunu əldə edə bilməyəcəyik. Bu sınaqlar yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq. Bundan sonra xüsusi komissiya yaradılaraq onlara xüsusi rəy verilməlidir. Yalnız bundan sonra bu peyvəndlərin dünya səviyyəsində istifadəsinə icazə verilə bilər. (Trend)
Telegram kanalımız