Bu rayonda qaz kəsiləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonda qaz kəsiləcək

Sosial

29 İyul 2020 12:52 1722


“Neftçala 1 və 2” ölçü qovşağından qidalanan, rayonun mərkəzini və kəndlərini təbii qazla təmin edən 12 km uzunluğa malik qaz xəttində kipliyə sınaq işlərinin aparılması nəzərdə tutulur.

Bu barədə Yenisabah.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu iş diametri 200 mm olan polietilen “Surra Tatarməhəllə” orta təzyiqli yeraltı qaz kəmərində icra olunacaq. Texniki prosesin tənzimlənməsi üçün bir qrup abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb. Yaxın zamanda işlər tamamlanan kimi qaz təminatı bərpa olunacaq. Dominos pizza

Qeyd edək ki, kipliyə sınaq işləri payız-qış mövsümünə hazırlıq məqsədilə icra edilir. Bu, əsasən də kəmərlərdə qaz sızmalarının olub-olmaması və kənar müdaxilələrin aşakarlanması üçün vacib texniki proseslərdəndir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!