Bu şagirdlər məktəbə getmək üçün ölümü gözə alırlar - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bu şagirdlər məktəbə getmək üçün ölümü gözə alırlar - Fotolar

Dünya

16 İyul 2019 14:20 1508


Vyetnamın şimal-qərbində yerləşən kəndlərdən birində yaşayan şagirdlər məktəbə getmək üçün hər gün güclü axıntının olduğu çayı keçmək məcburiyyətində qalır.

“Yeni Sabah” xarici mətbuata istinadən bildirir ki, kənddə hazırda 50 məktəbli var.

Onlar ilin quraq fəsillərində çürük bambuk körpülərə güvənərək yolun o biri tayına keçməyə çalışırlar. Lakin ilin yağışlı və soyuq fəsillərində çayda suyun həcmi artır. Bu zaman onlar çayı sellofan paketlərlə keçməli olurlar.

Hər an bir fəlakətin yaşana biləcəyi bu çayın üzərinə körpü salınması ilə bağlı rəsmi qurumlara müraciət edilsə də, hələlik heç bir tədbir görülməyib.

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!