Uelsin qərbindəki Ferborn qəsəbəsi iqlim dəyişikliyi səbəbilə xəritədən silinəcək.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, buradakı dəniz səviyyəsinin yüksəlməsinə görə min nəfərdən ibarət qəsəbə əhalisi başqa yerlərə deportasiya ediləcək.
Bələdiyyə qəsəbənin 2045-ci ilə kimi dağıdılmasını və 2055-ci ilədək buradakı bütün sakinlərin deportasiya prosesinin yekunlaşmasını planlaşdırır. Bu qərar təsdiqlənərsə, 500 ev dağıdılacaq.
Qəsəbə sakinlərindən biri isə bələdiyyə rəsmilərinin onları inandırmalarını tələb edir:
“Sahilə enəndə görürük ki, dalğaların səviyyəsi eyni böyüklükdədir, heç bir dəyişiklik yoxdur. 2045-ci il gəlmədən bizə su səviyyəsinin nə qədər qalxacağını dəqiq rəqəmlərlə açıqlasınlar”.
Telegram kanalımız