Bu şair Elza Seyidcahana görə AYB üzvlüyündən çıxır - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bu şair Elza Seyidcahana görə AYB üzvlüyündən çıxır - Foto

Mədəniyyət

05 İyul 2023 23:37 7616


Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi cəmiyyətdə müxtəlif fikirlərə səbəb olub. Belə ki, bir çoxları Elza Seyidcahanın üzv seçilməsini dəstəkləmir.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Mürvət Qədimoğlu bu qərardan sonra AYB-dən ayrılmaq qərarı aldığını bildirib. Bu məqsədlə o, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə ərizə yazıb:

"Yazıb sizdən xahiş edirəm ki, Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən, məni AYB-nin üzvlüyündən azad edəsiniz". pizza

Bundan sonra isə o, Birliyin sədri Anar Rzayeva və AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevə müraciət edərək Elza Seyidcahanın üzvlüyə qəbul olunması ilə bağlı zəmanət verən 3 nəfərin adının kimliyini açıqlanılmasını istəyib.

 

Bir 1 nəfər şəkili ola bilər

/Metbuat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!