2020-ci ilin iyul ayından etibarən İtaliyanın ən çox turist cəlb edən şəhəri olan Venesiyanı ziyarət etmək istəyənlər pul ödəməli olacaqlar.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, Venesiya Bələdiyyəsi ödənişin bir gün üçün 3-8 avro (6-15 manat) arasında olacağını açıqlayıb. Ancaq 2021-ci ildə bu miqdar artırılaraq, 6-10 avro (11-19) təşkil edəcək. Həmçinin, şəhərə günün izdihamlı saatında daxil olmaq və ya şəhərdə daha uzun müddt vaxt keçirmək istəyənlərə daha yüksək tarif tətbiq ediləcək.
İtalyan mətbuatına görə, hər il şəhərə gələn turistlərin sayı 20 milyon göstərilsə də, real rəqəmlər bundan daha yüksəkdir. Bu isə yerli əhalini narahat edir. Dördpendirli pizza
Sabrina
Telegram kanalımız