Bu sənədi təqdim etməyən əcnəbilər Azərbaycana buraxılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu sənədi təqdim etməyən əcnəbilər Azərbaycana buraxılmayacaq

Maraqlı

03 May 2021 16:37 797


“Özünütəcrid barədə bəyannamə”ni təqdim etməyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaqlar.

Yenisabah.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 1 may tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə” qərara verdiyi izahda əksini tapıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin ediləcək və Azərbaycana gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verəcəklər. pizza hut

Sərhəd nəzarətindən keçərkən həmin Bəyannaməni təqdim etməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə alınacaq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!