DİQQƏT! Bu şəxslər 1000 manat cərimələnəcək

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu şəxslər 1000 manat cərimələnəcək

Sosial

19 Aprel 2026 20:05 8860


Köhnə mebelləri, tikinti qalıqlarını bəzən hara gəldi atmaq yalnız görüntü çirkliliyi deyil, həm də qanun pozuntusudur.

Bir çoxumuz fərqində olmasaq da, bu davranışa görə kifayət qədər ağır cəzalar tətbiq oluna bilər.

Bəs bu qaydalara əməl etməyənləri hansı hüquqi məsuliyyət gözləyir?

"Yeni Sabah" xəbər verir ki, mövzuya hüquqşünas Ramil Əfəndi münasibət bildirib.

O, qeyd edib ki, təmir tullantıları və məişət əşyalarının zibil qutularına, və ya kənar ərazilərə atılması nəticəsində fiziki şəxslər 700 manatdan 1 000 manatadək cərimələnə bilərlər.

"Bu qaydanı pozan vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək, hüquqi şəxslər isə 8 500 manatdan 10 000 manatadək cərimə oluna bilərlər", - deyə o bildirib.

Daha ətraflı İctimai TV-nin videomaterialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!