Bu şəxslər koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurmasın! –   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurmasın! – XƏBƏRDARLIQ

Sağlamlıq

16 İyun 2021 12:35 1528


"Əgər koronavirusa qarşı vaksinin birinci dozasından sonra şəxs koronavirusa yoluxursa, ikinci dozaya gərək yoxdur".

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov bildirib. Həkimin sözlərinə görə yoluxduqdan sonra qısa müddət ərzində ikinci dozanın da tətbiqi təhlükə yarada bilər:

"Koronavirusa yoluxub sağalan şəxsin qısa müddətdə vaksin vurdurması onun sağlamlığına ciddi təhlükə yarada bilər. Xəstəliyə yoluxduqdan sonra gərək 6 ay keçsin ki, vaksinin ikinci dozası vurulsun. Hələ ki, ikinci növ vaksinin vurulması üçün də minimum 6 ay limiti qoyulub. Peyvəndin vurulmasından 6 ay keçdikdən sonra yəqin ki, bu müddətdə dəyişiklik ola bilər. Yəni bədəndə immunoqlobinlərin miqdarından asılı olaraq müddət uzadıla bilər". Dördpendirli pizza

Həkim onu da bildirib ki, peyvənddən əvvəl bu baxımdan müayinə olunmaq zəruridir:

"Peyvənddən əvvəl xəstə həkim tərəfindən müayinə edilməli, təzyiqi, temperaturu ölçülməli, burun və boğazın selikli qişasının vəziyyəti yoxlanılmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!