Bu şəxslərə 15 min manat veriləcək - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə 15 min manat veriləcək - RƏSMİ

Sosial

04 Fevral 2025 15:34 1701


"Bu ildən bəzi bitkilər üzrə subsidiyanın artırılması planlaşdırılır".

“Yeni Sabah” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) mətbuat katibi Ruslan Zeynalov BAKU.WS-ə açıqlamasında bildirib.

AKİA rəsmisi əlavə edib ki, qaragilə (mavigilə) bitkisi üzrə əkin subsidiyası Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonları ilə yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunu da əhatə edir: Marqarita pizza

"Bu ildən torf və perlit qarışığında dibçəklərdə əkilən bağların hər hektarına 15 000 manat, turşuluq (PH) səviyyəsi 6,5-dən artıq olmayan torpaqlarda, damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara minimum 3 400 tingin əkildiyi qaragilə bağlarına isə 7 500 manat subsidiya veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!