Bu şəxslərə 7 aydır maaş verilmir

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə 7 aydır maaş verilmir

Xalqın səsi

09 Aprel 2026 09:18 1913


Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan "Maqro Construction" şirkəti ilə müqavilə əsasında çalışaraq müxtəlif xidmətlər göstəriblər. Lakin iddia olunur ki, görülən işlərin müqabilində aylardır əməkhaqqıları ödənilmir. Marqarita pizza

"Mən layihə çərçivəsində sürücü kimi fəaliyyət göstərirdim. Ötən ilin oktyabr ayından bəri maaşlarımız ödənilmir, dekabrda isə bizi işdən çıxardılar. Şirkətin mənə təxminən 2 700-2 800 manat borcu var", - şikayətçilərdən biri söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!