Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir - SİYAHI

Sosial

12 Fevral 2026 17:25 626


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illik məzuniyyətlə bağlı məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, qanunvericiliyə əsasən bir sıra şəxslərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Bu hüquq aşağıdakı kateqoriyalara şamil olunur: Dördpendirli pizza

-Müharibə ilə əlaqədar əlilliyi olan işçilərə

-20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan işçilərə

-Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan işçilərə

-Müharibə veteranı olan işçilərə

-Döyüş əməliyyatları aparılan ölkədə hərbi qulluqçu olmuş işçilərə

-Ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət almış işçilərə

-Vətən Müharibəsi Qəhrəmanlarına

-Milli Qəhrəmanlara

-Sovet İttifaqı Qəhrəmanlarına

-Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə

-"İstiqlal" ordeni ilə təltif olunmuş işçilərə

-Ölkənin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri olan işçilərə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!