Bu şəxsləri 1000  manatadək cərimə gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxsləri 1000 manatadək cərimə gözləyir

İqtisadiyyat

01 Aprel 2020 20:40 2098


Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr nəzərdə tutulur.  

Yenisabah.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə “Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması” adlı yeni 533-cü maddəsinə əlavə təklif edilir.  

Əlavəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə, fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər isə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.   pizza sifarişi

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!