Bu şəxslərin avtomobillərinə məhdudiyyət qoyulmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin avtomobillərinə məhdudiyyət qoyulmayacaq

Avto

09 Aprel 2020 15:46 2061


Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" dəyişiklik layihəsi II oxunuşda yeni redaksiyada Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

“Yeni Sabah”  xəbər verir ki, sənədin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi. pizza sifarişi

Sənəd səsverməyə çıxarılaraq II və III oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!