ŞAD XƏBƏR! Bu şəxslərin   MAAŞLARI ARTACAQ

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR! Bu şəxslərin MAAŞLARI ARTACAQ

Sosial

23 Yanvar 2026 19:31 6785


"Sektorlar üzrə minimal əməkhaqqının tətbiqi bəzi şəxslərin maaşlarında artıma səbəb olacaq".

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Azərbaycanda sektorlar üzrə minimum əməkhaqqının müəyyənləşdirilməsi təklifini şərh edərkən deyib.

O bildirib ki, sözügedən məsələnin tətbiqi ilə bağlı təklif sektorlar arasındakı maaş fərqləri ilə əlaqədardır: Sezar pizza

"Ölkə üzrə ortaaylıq əməkhaqqı 1 100 manatdır. Lakin bəzi müəssisələrdə ortaaylıq maaş bu rəqəmdən üç-dörd dəfə çoxdur. Fərqlər çox olduğuna görə sektorlar üzrə minimal əməkhaqqının müəyyənləşdirilməsinə ehtiyac var. Minimum əməkhaqqı ilə ortaaylıq maaş arasında ciddi fərq mövcuddur. Həmin sektorda ortaaylıq maaş kifayət qədər yüksəkdirsə, oradakı minimum əməkhaqqının da dəyişdirilməsinə ehtiyac yaranır. Lakin əgər ortaaylıq maaş respublika üzrə ortaaylıq əməkhaqqına bərabərdirsə və ya ona yaxındırsa, o zaman minimal orta maaş tətbiq olunmalıdır.

Bunun faydası ondan ibarətdir ki, yüksək maaş ödənilən müəssisələrdə aşağı əməkhaqqı alanların gəlirlərində artım baş verəcək. Sözügedən məsələ maaş diskriminasiyasının aradan qalxmasına səbəb olacaq".

Deputat vurğulayıb ki, bəzi qurumlarda eyni vəzifə üzrə çalışan şəxslərin maaşları bir-birindən fərqlənir:

"Bu çərçivədə Vahid Tarif Cədvəlinin yenidən təsdiqi dövlət sektorunda maaşların optimallaşdırılmasına gətirib çıxaracaq, eyni zamanda, oxşar vəzifələr arasında mövcud olan maaş uçurumunu aradan qaldıracaq".

İqtisadçı ekspert Xalid Kərimli isə Oxu.Az-a açıqlamasında bu addımın doğru olmadığını deyib. O vurğulayıb ki, saathesabı əməkhaqqının tətbiqi daha faydalıdır:

"Sektorlar üzrə maaşların tətbiqi praktik olaraq əhəmiyyətsizdir və ciddi təsiri olmayacaq. Bu, bazara lazımsız müdaxiləyə gətirib çıxaracaq. Onsuz da, elə sektorlar var ki, orada minimal ortaaylıq əməkhaqqı daha yüksəkdir. Bazarda əməkhaqqını iqtisadiyyat, əmək bazarı, iş yerləri və kadrlara olan tələbat tənzimləyir. Digər dəyişikliklər isə absurddur və mən bunun qəti əleyhinəyəm. Hazırda Vahid Tarif Cədvəli təkmilləşdirilir və buna ehtiyac olduğu üçün baxılır. Yeni cədvəl mövcud reallıqları əks etdirəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Leyli
    Hormetli admin xahis editem oz hemkarlariniziada yaziginiz gelsin...xeberleri aztv kimi vermeyin dewiq serh edin ... Axi dovlet sektorlarinda isden cixarilma ve ixtisar etmeler baslayib en pisi odurki 75 yasli pensiya yasini coxdan oten icra bascilari isleyir ancag hele pensiya yaaina catmamis staji azz emekhaqwisi minumum olan isci isden cixarilir adinada ixtisarlasma deyirler. Eger dovlet budcesinde balansi qorumaq lazimdirsa ozaman 3500 manat maas alan icra bascilarini ve onun muavinlerini isden azad edin ozaman balans duzelecek ...yoxsaki kredit odeyen sade ehali ixtisarlarin qurbanina cevrilib...hal hazirda ehali arasinda ciddi etirazlar baslayib
    4 months ago