Ölkədə məmurların həbsi davam edir. Son olaraq Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun dəmir barmaqlıqların arxasına göndərilməsi göstərdi ki, ölkədə aparılan islahat dalğası rüşvətxor və korrupsioner məmurlara dərs olmur. Bəzi mütəxəssislər hesab edirlər ki, icra başçılarının maaşları az olduğu üçün daha çox rüşvət almağa meyil edirlər. Araşdırmalar da göstərir ki, onların əməkhaqqı rayon əhalisinin sayına uyğun olaraq təxminən 880-1300 manat civarındadır.
Maraqlıdır, bu yanaşma nə dərəcədə həqiqətə uyğundur? İcra başçıları 3-4 min maaş alacaqları təqdirdə, əyri yoldan əl çəkərlər?
Məsələni Yenisabah.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, məmurlar əgər əməkhaqqına görə bu yola düşürlərsə, gedib daha yüksək əməkhaqqı olan işdə çalışsınlar: Toyuqlu pizza
“İndi belə çıxır ki, hər əməkhaqqı az olan mütləq cinayət etməlidir?! Bunların hamısı uydurma əsaslardır. Əslində, korrupsiyanın əməkhaqqının azlığına, kasıb olmağa heç bir aidiyyəti yoxdur. Ölkə əhalisinin 90 faizi kasıbdır, amma əhalinin həmin hissəsi demək olar ki, ən namuslu-qeyrətli yaşanlardır. Ona görə də mən düşünmürəm ki, korrupsiya əməkhaqqının aşağı olması ilə bağlıdır. Bu, sadəcə siyasi əxlaqsızlıq, cinayətkarlıqdır. Onlar 5 min manat maaş alsa da, bu əməllərindən çəkinməyəcəkdilər. Axı 100-500 min də yox, milyonlarla vəsaiti oğurlayıblar. Ona görə də bunların hamısı bəhanədir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Şəmkirin icra başçısının oğlunun adına keçirdiyi şirkətlər onların əlindən mütləq şəkildə alınmalıdır:
“Deklarasiya verməlidir, bu pul haradan aldığı müəyyənləşməlidir. Deklarasiya verməyəcəyi təqdirdə, əlindən alınmalıdır”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız