Bu sosislərdə donuz əti DNT-si aşkarlandı -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bu sosislərdə donuz əti DNT-si aşkarlandı - FOTOLAR

Sosial

11 Fevral 2025 20:55 567


“Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı “Elite Food Company” MMC-yə məxsus kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq “Best Beef” əmtəə nişanlı “Ocaq” sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1,130 kiloqramlıq “Best Beef” əmtəə nişanlı bişmiş “Doktorskaya” kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. pizza

Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!