Bu təkliflər prezidentlə razılaşdırılacaq –   Qərara dəyişiklik

saytların hazırlanması

Evə çatdırılma

Bu təkliflər prezidentlə razılaşdırılacaq – Qərara dəyişiklik

Siyasət

11 Avqust 2019 07:34 1867


Nazirlər Kabineti “Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında” qərara dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, qərara aşağıdakı dəyişikliklər edilib:

- 3-cü hissə aşağıdakı redaksiyada verilsin: pizza mizza

“3. Komissiyada baxılan təklif və vəsatətlər məqsədəuyğun hesab edildikdə, bu barədə Komissiyanın sədri tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə müraciət olunur. Hazırlanmış təkliflər (layihələr) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilir.”.

- Aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

“5. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!