“Bu terror aktı obyektiv araşdırılmasa...” 

saytların hazırlanması

Evə çatdırılma

“Bu terror aktı obyektiv araşdırılmasa...” 

Siyasət

27 Yanvar 2023 12:42 2065


“Azərbaycanın Tehrandakı səfirliyinə hücum təbii ki, hücum terror aktıdır”.

Bunu “Yeni Sabah”a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib. O, bildirib ki, bu hadisə kəskin pislənməli və terrorçu məhkəməyə çıxarılaraq ən ağır şəkildə cəzalandırılmalıdir:

“Onunla bağlı başqa adamlar və təşkilatlarda araşdırmalı və cəzalandırılmalıdır. Bu akt həm İranın, həm də beynəlxalq qanunlara zidd olan bir çirkin hərəkətdir. Pepperoni pizza

Təbii ki, əgər məsələyə obyektiv baxılmasa, araşdırılmasa, qaranlıq və şübhəli nöqtələr qalarsa Azərbaycan-İran əlaqələrinə böyük ziyan vura bilər”.

Ə. Süleymani qeyd edib ki, ilkin rəsmi açıqlamaya görə, terrorçu iki uşaqla (bir 14 yaşında qız və 7 yaşında oğlan) səfirliyə daxil olub və söyüş işlədib, ailə problemi ilə bağlı səfirliyə müraciət edib. Sonra isə “Klaşnikov” silahla bu aktı həyata keçirib: 

“Hətta bəzilərinin dediyinə görə, ilkin məlumata əsasən hadisə şəxsi səbəbdən baş verə bilər.

Bütün hallarda Azərbaycan tərəfi İran tərəfinin müvafiq orqanlarının iş birliyi ilə bu haqda ətraflı araşdırma aparmalı, nəticə çıxarılmalıdır ki, heç bir şübhə ortada qalmasın və dünya ictimaiyyətinə dəqiq və geniş məlumat verilmədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!