Bu təxribat mesajlarına inanmayın! – Düşmənin terror təhdidi

saytların hazırlanması

Evə çatdırılma

Bu təxribat mesajlarına inanmayın! – Düşmənin terror təhdidi

Rəsmi

29 Oktyabr 2020 12:42 2230


Azərbaycanda mülki əhalini raket atəşinə tutan ermənilər əhali arasında təşviş yaratmaq üçün müxtəlif telefon nömrələrindən vətəndaşlarımıza mesajlar göndərirlər.

Yenisabah.az xəbər verir ki, bu gün Gəncə və digər cəbhəyanı yaşayış məntəqələrinin sakinlərinə aşağıdakı məzmunda SMS-lər daxil olub: “Ermənistan Gəncə şəhərini yenə də raket atəşinə tutmağa hazırlaşır. Hərbi obyektlərin yaxınlığında yaşayan bütün insanları sığınacaqlara yerləşməyə çağırırıq”.

Sakinləri bu tipli SMS-lərə aldanmamağa çağırırıq, bunların göndərilməsində əsas məqsəd əhali arasında təşviş yaratmaqdır. Sakinlərdən yalnız diqqətli olmaq və bu SMS-lərə inanmamaq xahiş olunur.  pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!