Bu uşaqlara ayda 140 manat ödəniləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu uşaqlara ayda 140 manat ödəniləcək

İqtisadiyyat

01 İyul 2025 09:32 27213


Bu gündən məbləği artırılan sosial müavinətlərdən biri də çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlərdir. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən çox uşaqlı ailələrdə hər uşağa ödənilən aylıq müavinət iyul ayından etibarən 33 faiz artırılaraq 105 manatdan 140 manata çatdırıldı.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

O bildirib ki, Qanunvericiliyə əsasən, bu müavinət beşdən çox uşaqı dünyaya gətirib tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur: Toyuqlu pizza

"Aylıq müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir.

Bu ödənişi almaq üçün vətəndaşımız müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surəti, ananın beşdən çox uşağı doğub, tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayış tələb edilən sənədlərdir".

Deputat qeyd edib ki, müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

"Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.

Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə o halda indi də bu ödənişi almaq hüququna malikdir.

Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də çox uşaqlı ailə anlayışına yenidən baxılması və çox uşaqlı ailələr üçün uşaqların sayının mərhələli şəkildə beşdən üçə endirilməsi ilə bağlıdır",- deyə Vüqar Bayramov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aygün
    BiZiMDe AİLe VeZYeTiMiZ DoLaNıŞıQıMuZ ÇeTiNDi 3 EvLaDıM VaR NoRMaL YeDiZDiRe GeYDiRe BiLMiRiK GeReK 5 UşaQıMıZ OLa BiZe MuaViNeT VeRiLe HeR ŞeY ÇoX BaHaDı OnLaRı ÇiMoZDiRMeKÇüN SaBuN 1 M DaN BaŞLaYıR 3 UşaQLı OLaNLaRaDa YaRDıM VeRiNDeee CaMaT SaXLaYa BiLMiR DeYe 1 YaDa 2 UŞaQ DüNYaYa GeTiRiR BeLe OLMaZ AXı
    10 months ago
  • Aytekin
    Bes iki uşaqi olanlara duşmur bu pul bes onlar nenesin
    10 months ago
  • Günel Hüseynova
    Salam 3 ildir milli məclisdə məsələ qaldırılıb ki 3 uşaqli ailələr çox uşaqli ailə kimi qəbul edilsin amma nə işdir bilmir milli məclis lazımsız qərarlari tez qəbul edir bunu 3 ildi qəbul edə bilmir bu gün bu qanunu qəbul edə bilməyən dövlət 18 yaşi tamam olan kimi çağiracaq ki gəl vətən borcunu yerinə yetir bu gün uşağin böyüməsinə 1man qıyıb verməyən dövlətə övladlarimizin hansı borcu var görəsən?
    10 months ago
  • Mayis
    Salam 4 uşaq var bizde sosial verilseydi cox yaxsi olardi ehdiyacimiz var
    10 months ago
  • Aybeniz
    Salam 2 övladım var keyseriyye əməliyyat ile dünyaya gelib aile vezyetimiz çox çətindi yoldawm usta iwleyir ve hərdən iw olur herden olmur 4 yawinda bir uwaqim 5 aylıq uwaqlarm var çox xaiş edirəm bizə köməklik edesiz
    10 months ago
  • Ələmdar
    Salam usaqi 12
    11 months ago
  • Ayşən Məmmədova
    Salam, 3 uşaqlı ailələr havaxtdan çox uşaqlı ailə hesab olunacaq ? Bu qərar testiqlənsəydi çox yaxşı olardı. 3 uşağım var. Sosial almağa ehtiyacımız var . İndiki dövürdə 3 uşaq böyütmək çətindi. Dövlət tərəfindən 3 uşaqlara ödəniş olsa idi çox yaxşı olardı bizlər üçün.
    11 months ago