“Zirə”nin yunanıstanlı müdafiəçisi, 2014/2015-ci il mövsümündə “Qarabağ”ın Avroliqadakı rəqibi APOEL-də (Kipr) çıxış etmiş Anastasios Papazoqlunun “Yeni Sabah”a müsahibəsi:
- Son oyunda "Qarabağ"la qarşılaşdınız. Məğlub olduğunuz qarşılaşmada avtoqol müəllifi oldunuz. Oyun barədə təəssüratlarınız necədir?
- Çətin oyun oldu, belə olacağını öncədən bilirdik. Böyük komandalara qarşı edilən səhvlər məhz bu cür nəticələnir. Mən ilk avtoqol müəllifi deyiləm. Futbolda belə şeylər olur. Sezar pizza
- Azərbaycan çempionatı haqqında fikirləriniz maraqlı olardı. Çempionatın səviyyəsi sizi qane edirmi?
- Çempionatın vəziyyəti yaxşıdır. Amma fikrimcə, rəqabəti artırmaq üçün daha çox klubun mübarizə aparması yaxşı olar.
- Sizcə, Yunanıstan və Azərbaycan çempionatları arasında nə kimi fərqlər var?
- Yunanıstan çempionatında daha çox klub mübarizə aparır. Stadionlar hər oyunda dolur. Əsas iki fərq bunlardır.
- Artıq bir neçə aydır ki, buradasınız. Bakıda ailənizlə. yoxsa tək yaşayırsınız? Şəhərimiz haqqında təəsüratlarınızı bilmək istərdik.
- Mən Bakıda hələki tək yaşayıram. Bəzi qanunauyğunluqlara görə, həyat yoldaşım gələn ay gələcək. Bakını sevirəm. Burada çox gözəl vaxt keçirirəm. Mütləq dost-tanışlarıma da Bakıya gəlməyi dəvət edəcəm.
- "Qarabağ" Avropa Liqasında sizin keçmiş klubunuz APOEL-lə də qarşılaşacaq. Qrup oyunları başlamamışdan öncə, bu iki komandanın 2-cilik uğurunda mübarizə aparacaqları deyilirdi. Lakin hazırda hər ikisi 0 xalla 3 və 4-cü yerləri bölüşür. Qruplardakı ilk oyunlardan sonra sizdə necə təəsürat yaranıb?
- Hər ikisi də çox yaxşı klubdur və hər iki klubda oyunun taleyini həll edə biləcək potensiala sahib futbolçular var. Sözün açığı, çətin qrupdur, amma hər iki komanda evdə oynamağın üstünlüyündən faydalanmalıdır. İlk turda APOEL-in oyundan sərfəli nəticəylə ayrılması gözləntiləri “Qarabağ”dan daha çox idi ki, onlar da bunun öhdəsindən gələ bilmədilər. “Qarabağ”ın isə “Sevilya” ilə oyunda məğlub olması gözlənilən idi. Çünki “Sevilya” qrupda bütün rəqiblərindən üst səviyyədədir.
- "Qarabağ" - APOEL qarşılaşmalarında sizcə, hansı komandanın şansları daha yüksəkdir?
- “Qarabağ” növbəti iki matçı evdə oynamaları fürsətindən istifadə etməli olacaq və bu oyunlarda 6 xal qazana bilər. Amma unutmayaq ki, APOEL də təcrübəlidir və nəticəni necə əldə etmək lazım olduğunu bilirlər. Bunu “Qarabağ”la son oyunda da nümayiş etdirmişdilər. Düşünürəm ki, “Qarabağ” evdə azarkeşlərin də köməkliyi ilə ilk dəqiqələrdən təşəbbüsü ələ alsalar, sərfəli nəticə əldə edə biləcəklər. Lakin bir az səbrli olmaq gərəkdir. Çünki az öncə qeyd etdiyim kimi, APOEL çox təcrübəli kollektivdir.
Naibə Məmmədova
Telegram kanalımız