Bu uzunluqda ad olar?..–  Fotolar

Bu uzunluqda ad olar?..– Fotolar

İdman Veb saytların hazırlanması

21 Avqust 2019 12:21 1095


Dünyada kifayət qədər qəribə  səslənən klub adları var.

“Yeni Sabah” bu kateqoriyada olan bəzi klub adlarının siyahısını sizə təqdim edir. Həmin adları oxuduqca təəccüblənəcəksiniz: 

1.Dünyada ən uzun klub adı Taylandın paytaxtını təmsil edən "Banqkok Bravo" klubudur. Klubun tam adı belədir: “Amon Rattanakosin Krung Thep Mahanakhon Mahinthara Mahadilok Phop Noppharat Ratchathani Ayuthaya Burirom Udomratchaniwet Mahasathan Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit Bravo Association Football Club”. Klub ötən əsrin sonunda – 1999-cu ildə yaradılıb. 

2. Çılğın azarkeşə sahib, Almaniya Bundesliqa təmsilçisi “Borrusia Dortmund” da maraqlı adı olan klublar sırasındadır. Klubun tam adı “Ballvereinborussiadortmundneunzehnhundertundneun”dur. Mənası isə klubun yaradılış tarixi ilə əlaqədardır. Yəni, “Borrusia Dortmund 1909”. 

3. Qəribə və uzun adlı futbol klublarından biri də “Taumatawhakatangihangakoauauotamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu”dur. Slovakiyanı təmsil edən klubun qısa adı “Taumata”dır. “Taumata”nın əsası 2011-ci ildə qoyulub. 

4. Əsası 1899-cu ildə qoyulan “Llanferpvl” Şimali Uelsin eyni adlı şəhərini təmsil edir. Bu çoxillik tarixə malik klubun da əslində tam adı çox uzun və qəribədir: “Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch”. 

5. “Jaworznickie Stowarzyszenie Piłkarskie Szczakowianka” klubu Polşanın aşağı liqalarından birində yer alır. Əsası 1923-cü ildə qoyulan klubun qısalmış adı “Şakovianka Yavojno”dur. O, Yajovna şəhərini təmsil edir. 

6. “Nooit opgeven altijd doorgaan, Aangenaam door vermaak en nuttig door ontspanning, Combinatie Breda” – 1912-ci ildə Niderlandda əsası qoyulan bu klub 2 fərqli – NOAD və ADVENDO klubların birləşməsindən yaranıb. Qısa olaraq, NAC Breda kimi qeyd edilir. Mənası isə “Heç zaman təslim olmayan, həmişə davam edən, əyləncəli və rahatladıcı faydalı birlik Breda” deməkdir.

7. “Panthessaloníkios Athlitikós Ómilos Konstantinoupolitón Football Club” – qısa olaraq PAOK.

Yunanıstanı təmsil edən klubu Osmanlı türklərinin yaratdığı deyilir. Belə ki, tarixi mənbələrə əsasən, o, 1875-ci ildə Türkiyədə “Hermes” adı ilə qurulub. Türk-yunan müharibələri nəticəsində bəzi istanbullular Selanikə köçərək 1926-cı ildə klubu alıblar. Mənası isə, “İstanbulluların Selaniktəki futbol klubu” deməkdir.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!