“Müəyyən xəstəliklərin daşıyıcısı olan şagirdlərin də orta məktəblərdə tədris prosesindən kənar təhsil alması təcrübəsi var. Belə ki, evdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”na uyğun təşkil edilir”.
Bu sözləri “Yeni Sabah” a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib.Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Qanun mövcuddur, bu, sağlamlıq imkanları məhdud şəxslərin təhsili sahəsində yaranan münasibətləri tənzimləyir, xüsusi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir:
“Müəyyən xəstəliklərin daşıyıcısı olan pedaqoji fəaliyyətlə məşğul şəxslərin işdən kənarlaşdırılması təşəbbüsü vaxtında atılmış addımdır. Qeyd olunan proses elə əmək müqaviləsi imzalanan zaman başlayır. Belə ki, təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir. Eyni zamanda təhsilverənlər ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər. Qeyd olunan zaman təhsilverənlərdə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xəstəliklərin daşıyıcısı olması barədə məlumat olarsa, o şəxslə imzalanmış müqaviləyə xitam verilir. Bu olduqca vacibdir. Çünki hansısa müəllim yoluxucu xəstəliyin daşıyıcısıdırsa, o dərs dediyi sinifdə şagirdlərə bunu yoluxdura bilər: Marqarita pizza
Ekspert bildirib ki, baş nazirin təsdiq etdiyi siyahıda bir sıra xəstəliklər var ki, onun olduğu müəllimlər keyfiyyətli xidmət göstərə, təhsil verə bilməzlər:
“Xüsusilə, bura eşitmə qabiliyyəti zəif olanlar da aiddir. Bilirsiz ki, son illərdə orta məktəblərdə cinsi zorakılıq halları artıb. Ona görə də, siyahıda olan seksual seçimin pozğunluğu xəstəliyi ilə bağlı məsələyə xüsusi diqqət yetirmək lazımdır. Orta məktəb şagirdlərin fiziki, intellektual, mənəvi cəhətdən sağlam böyüməsi, cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsi üçün vacib yerdir. Bu zaman şizofreniya xəstəliyinin daşıyıcısı olan müəllimin təhsil verməsi yolverilməzdir. Hesab edirəm ki, baş nazir tərəfindən hazırlanmış və 34 xəstəliyin adı olduğu siyahı üzrə ciddi şəkildə orta məktəblərdə tibbi müayinə həyata keçirmək və bu xəstəliklərin daşıyıcısı olan şəxslərin tədris prosesindən kənarlaşdırılması haqqında qərar qəbul etmək lazımdır. Bu təhsilin inkişafı üçün çox vacibdir”.
Əsmər Qabil
Telegram kanalımız