Bu yanacaq markaları gömrük rüsumundan azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu yanacaq markaları gömrük rüsumundan azad edildi

İqtisadiyyat

02 Mart 2020 14:21 907


Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilib. "Yeni Sabah" bildirir ki, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. Qərara əsasən, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin də 15 faiz idxal gömrük rüsumundan azad olunub. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir. Qeyd edək ki, indiyə qədər reaktiv mühərriklər üçün TC-1 markalı yanacağa 15 faiz idxal gömrük rüsumu tətbiq olunub.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!