Prezident İlham Əliyev Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, Sərəncama əsasən, əlli min əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 3,3 milyon (üç milyon üç yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Telegram kanalımız