Bu yolda xətlənmə işləri aparılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu yolda xətlənmə işləri aparılacaq

Avto

13 Avqust 2020 10:32 1801


Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 26-76-cı km-lik hissəsində ( hər iki istiqamət ) 13-15 avqust tarixlərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Yenisabah.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, sürücülərdən sözügedən istiqamətdə qeyd olunan tarixlərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!