Buçadan dəhşətli görüntülər yayıldı: Qətliamın videosu

Buçadan dəhşətli görüntülər yayıldı: Qətliamın videosu

Hadisə Veb saytların hazırlanması

20 May 2022 13:03 3717


Ukraynanın Buça şəhərindən yayılan videoda göstərilir ki, rus əsgərlər bir qrup ukraynalı əsiri edamdan bir neçə dəqiqə öncə silah gücüylə aparır.

The New York Times tərəfindən əldə edilmiş və yoxlanmış video martın 4-də hadisənin şahidi olan mülki şəxs tərəfindən videomüşahidə kamerası ilə çəkilib. Kamera görüntülərində  doqquz ukraynalının əyilmiş vəziyyətdə bir-birinin ardınca getdiyi, qrupun önündə və arxasında avtomatını əsirlərə tuşlamış iki rus əsgər görünür.

Səkkiz şahid The Times-a bildirib ki, əsirləri ofis binasının arxasına aparıblar, oradan atəş açılıb və qrup bir daha görünməyib. The Times-ın dronlardan əldə etdiyi digər kadrlar ofis binasının yanında qrupun cəsədlərini və yaxınlıqda dayanan rus əsgərləri göstərməklə şahidlərin ifadələrini təsdiqləyib.

Edam edilmiş bir qrup kişi aprelin 3-də çəkilmiş fotoda da görünüb. "The Times" bildirib ki, onun cümə axşamı yayımladığı araşdırma Rusiya qüvvələrinin bu qrupu qəsdən edam edərək  "hərbi cinayət törətməsinə dair "açıq sübutlar" aşkar edib.

Martın sonunda rus qoşunları geri çəkilməyə başlayandan sonra Kiyev ətrafı Buçada vəhşiliklər və edamlar barədə xəbərlər daxil olurdu. Buçadan hadisələr və fotolar Rusiyaya qarşı hərbi cinayətlər üzrə məhkəmə çəkişməsi üçün beynəlxalq çağırışlara səbəb olub.

Rusiya rəsmi şəxsləri Buçada törədilən vəhşiliklər barədə xəbərləri dəfələrlə inkar edərək “saxta” adlandırıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!