“Bundan xoşbəxt gün ola bilməz”

saytların hazırlanması

Evə çatdırılma

“Bundan xoşbəxt gün ola bilməz”

Minifutbol 2025

31 May 2025 09:12 8378


"Möhtəşəm qələbədir. Dünya çempionatının finalındayıq... Bilmirəm hisslərimi necə ifadə edim”.

Yenisabah.az xəbər verir ki, bunu milli komandamızın baş məşqçisi Elşad Quliyev minifutbol üzrə dünya çempionatının yarımfinalında Monteneqroya qalib gəldikləri (2:1) oyundan sonra deyib.

O, azarkeşlərin möhtəşəm dəstəyini qeyd edib: “Xalqımızı təbrik edirəm. Həs kəsin əlinə, hər kəsin boğazına sağlıq. Azarkeşlər bizə möhtəşəm dəstək oldular. İnşallah, final oynayacağıq. Bundan xoşbəxt gün ola bilməz”.  Toyuqlu pizza

Mütəxəssis qeyd edib ki, arzuları dünya çempionu olmaqdır: “Finaldayıq. İndi bunun kefini çıxarmaq lazımdır. Bizim üçün mundial finalda bitəcək. Ümidimiz, arzumuz kuboku qazanmaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!