“Bunlar hamısı rusun zibilidir“    - Rasim Balayev

saytların hazırlanması

Evə çatdırılma

“Bunlar hamısı rusun zibilidir“ - Rasim Balayev

Mədəniyyət

12 May 2022 13:23 1919


Ermənistanın baş naziri Nikol Paşinyanın Niderlanda Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar müzakirələrə səbəb olub. 

Onun Azərbaycanı təcavüzkar adlandırması cəmiyyətdə kəskin etirazla qarşılanıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev qeyd edib ki, bu, ermənilərin xislətidir: Dördpendirli pizza

“Onlar millət deyil. Onları nə adlandırım bilmirəm. Bayaq xəbər saytlarından birində oxudum ki, ermənilər iddia edirlər ki, Armaviri Ermənistana birləşdirmək lazımdır. Onlar həşəratdır, ya nədir anlamıram, amma belə millət olmur! Rusların bizə vaxtilə etdiyi ən böyük pislik ermənilərin gətirilib Qarabağda yerləşdirilməsi olub. Bizim torpaqlara gətirib onları yerləşdirdilər, başımıza bunlar gəldi. Bizim millətə bundan böyük pislik edilə bilməzdi. Bu gün kiməsə qarğış etmək istəyirsənsə, “Səni görüm erməni ilə qonşu olasan” deyə bilərsən. Ermənilər yeganə millətdir ki, heç vaxt torpaqları olmayıb. Onları Hindistandan gətiriblər, İranda baş qaldırıblar, orada başlayıblar qırmağa, daha sonra Qriboyedov onları gətirib Qarabağa. Bax, budur onların xisləti. Ona görə də heç vaxt onlarla ehtiyatı əldən buraxmaq olmaz. İndi Paşinyan gündə bir çıxış edir, bir söz deyir, gah deyir sülhə getmək lazımdır, gah çıxıb Azərbaycanı işğalçı adlandırır”.

İkinci Qarabağ Müharibəsini xatırladan sənətçi həmin vaxt rusların bizə mane olduğunu deyib:

“Biz taleyimizi özümüz həll edə bilərdik, amma ruslar bunu qoymadı, imkan vermədilər ki, axıra qədər gedək. Bu rusların zibilidir! Bütün dünya Rusiyanın zibilindən canını qurtara bilmir. Ukrayna kimi ölkəni dağıtdılar, məhv etdilər. Müharibə vaxtı Rusiya deyirdi ki, Azərbaycan öz torpaqlarında vuruşur, bəs niyə imkan vermədin sona qədər getsin? İmkan versəydi, onları tamam çıxarıb, sərhədlərimizi qoyacaqdıq, ondan sonra Rusiyanın da iştirakı ilə danışıqlar aparmaq olardı. Gəldi, imkan vermədi axıra qədər gedək, nə var, nə var əlini oraya da qoya bilsin. Həm Ermənistanı, həm Azərbaycanı idarə etmək istədi. Bunlar hamısı rus siyasətinin nəticəsidir”.

Aktyorun sözlərinə görə, ermənilərlə münasibətdə heç vaxt ehtiyatı əldən vermək olmaz:

“Bu ermənilər o qədər axmaq millətdir ki, hətta Rusiyanın zəifləməsini də fürsət kimi görürlər, deyirlər ki, Rusiya dağılacaq. Bu dağılmadan səmərəli istifadə edəcəyik, Armaviri, Krasnodarı, Abxaziyanı, Rostovu Ermənistana birləşdirəcəyik. Görün bunlar nələr düşünürlər! Ay balam, yaşayırsan da, başqalarının torpaqlarından nə istəyirsən? Bilirsiniz, ilanı öldürəndə gərək başını əzəsən, ermənilərin də başı əzilməli idi, onların başı əzilmədi. Başlarını əzməyə qoymadılar. Necə ola bilər ki, sən Paşinyan, kapitulyasiyaya getdin, müqavilə bağladın, indi isə utanmadan Azərbaycanı işğalçı adlandırırsan?! Söz tapıb deyə bilmirəm... Bu cür “qonşu” ilə hər zaman ayıq-sayıq olmalıyıq və dəyənəyi yerə qoymamalıyıq”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!