“Bunu ancaq psixikası pozulmuş insanlar edə bilər” –   Rəsul Quliyev

saytların hazırlanması

Evə çatdırılma

“Bunu ancaq psixikası pozulmuş insanlar edə bilər” – Rəsul Quliyev

Siyasət

31 May 2019 08:27 2522


“Azərbaycan höküməti bütün Avropanın baxdığı futbol yarışının səhərisi günü 28 may müstəqillik günündə yürüş keçirmiş müxalifət nümayəndələrini polisə çağırıb hədə qorxu gəlməsi ilə qazandığı sivil ölkə statusunun üzərindən yenidən xətt çəkdi”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın Milli Məclisinin sabiq sədri Rəsul Quliyev deyib. “Respublika Günü” bayramından sonra yürüşdə iştırak edən müxalifətçilərin polis bölmələrinə çağırılmağını sərt şəkildə tənqid edən R. Quliyev hakimiyyətin müxalifləri həbs etməsini Azərbaycanın sivil ölkə olmadığının sübutu kimi qiymətləndirib:

“Hakimiyyətin başında oturanların elementar düşünmək qabiliyyəti olduğu yenidən böyük şübhə altındadır. Bu adamların bütün qanunları pozaraq polisə çağrılması qərarı ancaq psixikası pozulmuş insanlar tərəfindən qəbul edilə bilər. Heç bir məntiqlə izah edilməsi mümkün olmayan hərəkətləri ancaq dəlilər edə bilər.” Pepperoni pizza

E. Quliyev bu həbslərin Azərbaycan hakimiyyətinin yeni həbsetmə mexanizmi olduğunu düşünür:

“Azərbaycan höküməti əhv fərmanından sonra yenidən izolyasiya edilməsi üçün addımlar atmağa başladı. Bu dəfəki izolyasiya daha kəskin və daha təsirli olacaq.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!