“Bunu böyük faciə kimi qəbul etmək lazım deyil” –   Kəmaləddin Heydərov 

saytların hazırlanması

Evə çatdırılma

“Bunu böyük faciə kimi qəbul etmək lazım deyil” – Kəmaləddin Heydərov 

Kriminal

26 İyun 2019 12:54 2653


Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğının baş verdiyi hadisə yerinə gəliblər.

“Yeni Sabah” xəbər verir ki, yanğınla bağlı qərargah yaradılıb. 

Hadisə yerində Kəmaləddin Heydərov jurnalistlərə açıqlama verib. pizza sifarişi

"Report"un xəbərinə görə, nazir bildirib ki, ilkin versiyaya görə yanğın quru otdan başlayıb: “Bir neçə evin dam örtüyünə zərər dəyib. Xəsarət alan, yaralanan yoxdur. Boş 6 hektarlıq ərazidir. Buranın çoxu özəl və baxılmayan ərazilərdir. Nə vaxtsa alınıb, amma heç bir təhlükəsizlik, suvarma tədbirləri görülməyib. Yay aylarında quru otdan yanğınlar olur və bunu böyük faciə kimi qəbul etməz lazım deyil".

K.Heydərov əlavə edib ki, bu hadisənin səbəbləri araşdırılacaq: "Kameralarda yəqin ki var. Əgər təxribat deyilsə, adi yanğın hadisəsidir. İnsanlar diqqətli olmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!