“Bunu edən adamlar əxlaqsızdır” - Xalq artistindən ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Bunu edən adamlar əxlaqsızdır” - Xalq artistindən ETİRAZ

Mədəniyyət

21 İyul 2022 15:41 4586


“Əvvəlcə onu deyim ki, vəzifə tutan şəxs istər 8, istərsə 18 dil bilsin, 15 universitet bitirsin, Afrikadan tutmuş Amerikaya qədər bütün dünya universitetlərində təhsil almış olsun, əgər onun əxlaqı və milli təəssübkeşliyi yoxdursa, o özünü bu millətin bir fərdi hesab etmirsə, ondan bu ölkəyə heç bir fayda olmaz”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı yerli icra hakimiyyəti orqanlarına rəhbərlik edən şəxslərin bəzi hallarda özlərini “kəndxuda” kimi aparması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Sənətçi qeyd edib ki, rəhbər vəzifələri tutan şəxslər xalqa bağlı, millətini sevən insan olmalıdırlar: Dördpendirli pizza

“Əsas olan dil bilmək, 3 universitet bitirmək deyil. Bu gün deyirlər ki, filankəs 3-4 dil bilir, bu əsas deyil, həmin şəxs əxlaq və mənəviyyat sahibi deyilsə, 58 dil bilməsi belə heç nəyi dəyişməyəcək. Əsas olan odur ki, vəzifəyə gələn şəxs bu milləti sevsin, ölkəni sevsin, bayrağı sevsin, o bayrağa sədaqətlə xidmət eləsin. Kabinetdə başının üstündən 4-5 bayraq asmaqla iş düzəlmir, gərək o bayrağın özündə əks etdirdiyi tələblərə xidmət edəsən! Kimisə dövlət başçısı vəzifəyə təyin edirsə, onun məsuliyyətini dərk edərək millətin xidmətçisi olmalıdır. Bu gün süni surətdə gənclərlə yaşlılar arasında müharibə salmağa çalışırlar. Bu da çox yanlışdır, gənclərin də, yaşlıların da öz yeri var. Təbii ki, biz istəyirik, bu gün dövlət idarələrində savadlı, intellektual insanlar rəhbər olsunlar, amma bununla birgə onlar həm də əxlaq sahibi olmalıdırlar. Bu keyfiyyətlər olan insanın yaşı-başı fərq eləməz. Əsas odur ki, həmin adamlar millətlə onun öz dilində danışa bilsin. 8 dil bilən adam öz dilində normal danışa bilmirsə, mənim nəyimə lazımdır onun dil bilgisi? Həmin adam millətə nə fayda verə bilər? Nəsil dəyişikliyi baş verir, bu təbii və qaçılmazdır, lakin sadaladığım keyfiyyətlər mütləqdir”.

Aktyor xalq arasında kəndli-şəhərli bölgüsü edənləri sərt tənqid edib: 

“Bir də ki, insanları şəhərə, əyalətlərə bölmək, onları kəndçi, şəhərli adlandırmaq əxlaqsızlıqdır və dövlətə qarşı düşmənçilik, xəyanətdir. Fərq eləməz, dağın başında yaşayan azərbaycanlı ilə, şəhərin düz mərkəzində yaşayan azərbaycanlı arasında heç bir fərq olmamalıdır. Hər vətəndaşın dövlət qarşısında həm borcu, həm də haqqı var. Bunu anlayan insanlar önə çəkilməlidir. Şəxsən mənim üçün fərq eləmir ki, o adam 8 dil bilir yoxsa, öz dilindən başqa heç bir dili bilmir. Əsas olan xalqın dilidir”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!