“Bunun bədəlini çox ağır formada ödəyəcəksiniz” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Bunun bədəlini çox ağır formada ödəyəcəksiniz” - Ərdoğan

Dünya

06 Dekabr 2021 23:17 1568


“Cənubi Kiprin Larnaka şəhərində məscidlərimizə qarşı keçirilən əməliyyatlar cavabsız qalmayacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüf ki, Cənubi Kiprin Larnaka şəhərində məscidlərimizə qarşı əməliyyat keçirilib. Cənubi Kiprdəki bu əməliyyat qarşılıqsız qalmayacaq. Partiyanın (AKP) sözçüsünün bu barədə dəqiq açıqlamaları var. Məbədlərimizə belə təxribatlarla getməyin bədəlini çox ağır formada ödəyəcəksiniz, bunun arxasında kimlərin dayandığını axtarırıq. Bizim Cənubi Kiprdə 6 məscidimiz var, onların təhlükəsizliyini Cənubi Kipr rəhbərliyi həyata keçirməlidir. Gözləntim budur ki, onlar da bizim onlara verdiyimiz zəmanəti verəcəklər”, - Ərdoğan bildirib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!