“Cümhuriyyət qurucuları belə bir dövlətlə fəxr edə bilməzdilər. İndiki mövcud olan dövləti həm ərazisinə, həm insanların yaşayış səviyyəsinə, eyni zamanda dövlət quruculuğuna, idarə sisteminə görə fəxr ediləcək dövlət deyil”.
“Yeni Sabah” xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovun "Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər” fikrinə münasibət bildirərkən deyib. O, bildirib ki, indiki Azərbaycan dünyada korrupsiyanın baş alıb getdiyi bir ölkə kimi tanınır, insan haqlarının tapdalandığı bir ölkə kimi məhşurdur. Həmçinin, əraziləri işğal altında olan bir dövlət kimi tanınır.
A. Hacılı deyib ki, uzun müddətdir ki, Azərbaycanda, əslində, düşüncə tərzi arasında mübarizə gedir: “1920-ci ildən komunist və müsavatçılar arasında mübarizə olub. 1992-ci ildən sonra isə bu, YAP-la müsavatçı və cəbhəçilər arasında mübarizəyə çevrilib. Ölkədə demokratik bir mühit yaratmağa çalışan, cümhuriyyət dəyərlərinə hörmətlə yanaşan insanların mübarizəsidir. Hazırda o düşüncədə olan siyasilər, jurnalistlər həbsə atılırsa və faktiki olaraq həmin dövrdə mövcud olmuş dəyərlərin bu gün həyata keçirilməsinə imkan verilmirsə, cümhuriyyət quruclarının xatirələri əbədiləşdirilmirsə, onun ideyaları həyata keçirilmirsə, burada fəxr ediləcək bir şey yoxdur. Toyuqlu pizza
Təəssüf ki, Azərbaycanda avtoritar dünyagörüşü ilə demokratik dünyagörüşu arasında mübarizə davam edir. Cümhuriyyət dəyərlərinə qarşı mübarizədə siyasi sisteminin ən böyük fiqurlarıdan biri də Əli Əhmədovun özüdür”.
Toplum.tv
Telegram kanalımız