"Bəzən məndən soruşurlar ki, kənddə iş tapa biləcəksən?! Cavab verirəm ki, niyə tapmıram? Kənddə böyümüşəm, istənilən işdə çalışa bilərəm".
Bu sözləri "Şərq" qəzetinə açıqlamasında əslən Cəbrayıl rayonundan olan tanınmış jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Qeyd edib ki, kəndləri işğaldan azad olunanda ilk qayıdanlardan birinin özü və ailəsi olacağını deyib:
"Bəzən xoşagəlməz fikirlərin səsləndiyini də görürəm. Guya ki, keçmiş köçkünlər yurdlarına qayıtmağa həvəs göstərmir. Xahiş edirəm ki, qayıdış məsələsini köçkünlər üzərində mənəvi basqıya çevirməsinlər. Ayrı-ayrı adamlar vəziyyətdən sui-istifadə edib cəmiyyətdə təbəqələri üz-üzə qoymağa cəhd etməsinlər. Biz kiminsə təsiri olmadan da qayıdacağıq. Hamı da qayıtmaq istəyir. Heç kim doğma yurdunu, ev-eşiyini könüllü atıb gəlməyib, paytaxta. Burda məskunlaşdığımız ev, mənzillər kənddəki evlərimizin, həyətlərimizin heç 100-də 1-i deyil. Şəxsən mən kənddə bostan əkməyi burda kimdənsə müsahibə almaqdan üstün tuturam". pizza
Telegram kanalımız