“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemindən istifadə etdik. Çox mükkəməl və asan xidmət yaradılıb”.
“Yeni Sabah” xəbər verir ki, bunu Bələdiyyələrin İnkişafına Yardım İctmai Birliyinin sədri Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, 2 dəqiqə ərzində müqavilənin imzalanmasıl prosesi aparılıb.
“Şura əməkdaşları müqaviləyə qədər yalnız elektron yazışmalar aparıldı. Yüksək səviyyədə xidmət göstərilir, operativlik var. Şuraya getmədən iş otağında elektron yazışmalarla mövcud problemlər aradan qaldırılır. Dördpendirli pizza
Buna qədər hər il ölkə üzrə 700-800 QHT qalib olurdu. Birinci mərhələdə azı 400 QHT müqavilə bağlamaq üçün Şuraya müraciət edirdi. Bir gün ərzində növbələr yaranırdı. Heç bir QHT öncədən növbə götürmürdü. Qarşılıqlıq yaranırdı. Bəzən saatlarla Şurada gözləməli olurduq. İndi isə Şuraya getməmişdən qabaq əvvəlcədən elektron növbə götürlür və Şura daxil olduqdan sonra hazırlanmış müqaviləyə imzalanıb, möhürlənir. Bütün bu proses də cəmi 2 dəqiqə çəkir”.
Telegram kanalımız