“Bütün bunlar barədə dövlət başçısına məruzə etmişəm“   - General

saytların hazırlanması

Evə çatdırılma

“Bütün bunlar barədə dövlət başçısına məruzə etmişəm“ - General

Maraqlı

22 İyun 2021 10:45 5767


"Əraziləri minalayan ermənilərə heç vaxt inanmaq olmaz. Əksinə biz öz ayıq-sayıqlığımız artırmalıyıq".

Yenisabah.az bu sözləri AzTV-nin efirində yayımlanan “Döyüşçü” proqramında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Dövlət Sərhəd Qoşunlarının (DSX) ayrı-ayrı hissələrində olub: pizza mizza

“Dövlət Sərhəd Qoşunlarının bu müddət ərzində, xüsusilə qələbədən sonra apardığı işlər çox yüksək səviyyədədir. Bütün bunlar barədə dövlət başçısına məruzə etmişəm. Onu da qeyd edim ki, Dövlət Sərhəd Qoşunları sərhədlərdə xidmət zamanı ayıq-sayıqlığı bir az daha artırmalıdırlar. Başa düşmək lazımdır ki, sərhədin o tərəfində düşmən dövlət var. Biz ölkə olaraq başqa millətlərin nümayəndələrinə qarşı ayrı-seçkilik etməmişik. Yalnız ermənilər heç vaxt bizi istəməyiblər, heç vaxt da istəməyəcəklər. Ona görə də biz öz işimizi görməliyik.

Hesab edirəm ki, sərhəd bölgəsində mövqelərimizi elə qoruyub saxlamalıyıq ki, ermənilər bu tərəfə keçib təxribat törətməyə cəhd etməsinlər. Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, bu məsələlərin sülh yolu ilə həll olunmasına çalışırdı. Prezident də öz çıxışında qeyd etmişdi ki, Ermənistan növbəti dəfə hər hansı təxribatlara cəhd etsə, onlar üçün daha ağır nəticələr olacaq. Hətta Ermənistanın özünün dövlət kimi qalmasına şübhə yaranacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!