“Bütün demokratların birləşməsi lazımdır“ - Qılıncdaroğlu

saytların hazırlanması

Evə çatdırılma

“Bütün demokratların birləşməsi lazımdır“ - Qılıncdaroğlu

Dünya

12 May 2019 10:10 862


“Birlikdə mübarizə aparsaq çox gözəl nəticələr əldə edə bilərik. Türkiyənin bütün demokratlarının birləşməsi lazımdır. Bu ölkədə demokratiya olarsa, hamımız üçün olacaq. Birlikdə mübarizə aparsaq qazana bilərik”.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Müasir jurnalistlər Dərnəyi mükafatlandırma mərasimində CHP sədri Kamal Qılıncdaroğlu deyib. O dördüncü hakimiyyətdən danışıb:

“Demokratik ölkələrdə mətbuat qanunvericilik, məhkəmə və icraatdan sonra dördüncü hakimiyyət kimi müəyyən edilir.  Bir müddət əvvəl baş nazirə Konstitusiya dəyişikliyi dövründə dördüncü hakimiyyət kimi medianı  yazmağı təlif etmişdim. Lakin bu baş vermədi.  Jurnalistikanın çox çətin olduğunu bilirəm. Əgər jurnalist rahat şəkildə yazı yaza, xəbəri olduğu kimi geniş cəmiyyətə  ötürə bilirsə orada demokratiya var. Xəbəri yazıb təzyiq altında olursa və ya xəbəri silirsə,  demokratiya yoxdur”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!