Bütün ölkələr Qarabağı Azərbaycan ərazisi sayır - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

Bütün ölkələr Qarabağı Azərbaycan ərazisi sayır - Paşinyan

Siyasət

10 Yanvar 2023 16:37 820


"Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın". 

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu baş Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması barədə razılıq əldə olunub. Toyuqlu pizza

Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya düzəni uğrunda böyük mübarizə gedir: "Və bu yeni düzəndə biz Ermənistanı qurban verə bilmərik. Biz beynəlxalq ictimaiyyətə müharibə elan edirik? Bizim seçimimiz var: inkişafın məntiqinə inteqrasiya etmək və ya onun əleyhinə getmək. Biz sülh üçün seçim edirik". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!