“Çakır”dan üzücü xəbər -   Durumu necədir?

saytların hazırlanması

Evə çatdırılma

“Çakır”dan üzücü xəbər - Durumu necədir?

Şou

13 May 2026 16:35 417


Türkiyəli məşhur aktyor Oktay Kaynarca qida zəhərlənməsi səbəbilə xəstəxanaya yerləşdirilib.

“Yeni Sabah” xəbər verir ki, səhər saatlarında səhhətində narahatlıq hiss edən aktyor həkim müayinəsi üçün xəstəxanaya gedib və müalicəyə başlayıb.

İlkin müayinələr zamanı qida zəhərlənməsi şübhəsi üzə çıxıb və ona müvafiq tibbi yardım göstərilib. pizza hut

Məlumata görə, müalicə prosesi uğurla davam edir və aktyorun sağlamlıq vəziyyətində yaxşılaşma müşahidə olunur.

Qeyd edək ki, O.Kaynarca Türkiyənin tanınmış televiziya və kino aktyorudur. O, “Kurtlar vadisi” serialındakı “Çakır” obrazı ilə məşhurdur.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!