İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni kadr təyinatı olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məmmədşəfi Mehdiyev İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal platforma idarəetmə şöbəsinin müdiri təyin olunub. pizza mizza
O, bu təyinatadək qurumda proqram meneceri işləyib. Daha əvvəl isə aparıcı layihə meneceri olub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən məlumatı təsdiqləyiblər.
Aydan Hacı

Telegram kanalımız