"Hazırda, 1 milyon 784 min vətəndaşımız əmək müqaviləsi ilə çalışır ki, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir".
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçrilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı zamanı deputat Vüqar Bayramov deyib.
"Son 1 ildə özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayı 33 min nəfər artıb. Bu isə məşğulluğun rəsmilləşdirilməsi ilə bağlı aparılan islahatların nəticəsi kimi xarakterizə edilir". pizza sifarişi
Telegram kanalımız