Maksim Qalkin Bakıda göründü – Şəhər gəzintisi və sirli mesajı

saytların hazırlanması

Evə çatdırılma

Maksim Qalkin Bakıda göründü – Şəhər gəzintisi və sirli mesajı

Şou

11 May 2026 12:59 710


Rusiyalı şoumen Maksim Qalkin bir neçə günlük səfərlə Bakıya gəlib və burada həm səhnə çıxışı edib, həm də şəhərlə tanış olub.

"Yeni Sabah" xəbər verir ki, o, paytaxtda təşkil olunan konsert proqramında çıxış etdikdən sonra şəhəri gəzməyə çıxıb. O, xüsusilə İçərişəhərə baş çəkib və oradan çəkdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Qalkin paylaşımına qısa şəkildə “Bakıya təşəkkürlər” sözlərini yazıb.

Xatırladaq ki, Maksim Qalkin 2022-ci ilin sentyabrında Rusiyada “xarici agent” siyahısına daxil edilib. Buna səbəb kimi onun sosial şəbəkələrdə Rusiya siyasətini və Ukraynaya qarşı müharibəni tənqid edən mövqeyi göstərilib. Həmin qərardan sonra o, həyat yoldaşı Alla Puqaçova və övladları ilə birlikdə ölkəni tərk edib və xaricdə yaşamağa başlayıb. Dördpendirli pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!