Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.
Açarların təqdim olunması zamanı 44 günlük Vətən müharibəsi şəhidinin atası ilə Prezident arasında baş tutan dialoq diqqət çəkib.
Belə ki, şəhid atası özünü yaxşı hiss etmədiyini bildirib. Prezident isə dərhal onun yola salınması üçün göstəriş verib. pizza hut
"Yeni Sabah" xəbər verir ki, şəhid Samir Sarıyevin atası Əli Sarıyev Prezidentlə görüş zamanı yaşananları AzTV-yə danışıb:
"Prezident məni səhnəyə çağırdı. Salamlaşdıq. İlk sözü o oldu ki, harada döyüşüb? Bu haqda soruşanda mən çox həyəcan keçirdim. Özümü demək olar ki, itirdim, bir kəlmə də danışa bilmədim. Mənə qarşı çox yaxşı münasibəti oldu. Onun duyğulanması mənə çox təsir elədi".
Telegram kanalımız